Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb.

"Yaşa, Azərbaycanım!" şüarı ilə müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqəyə 5-14 yaşlı uşaqlar tərəfindən təqdim olunmuş 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12-si "Azərmarka" MMC tərəfindən seçilərək, poçt açıqcası kimi çap olunub. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib.

Müsabiqənin qalibləri isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub.

Qaliblər və seçilmiş rəsmlərin müəllifləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Azercell Telekom" MMC tərəfindən mükafatlandırılıb.













21/06/18    Çap et