Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Piper Computer Kit” uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək
“Piper Inc” şirkəti uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək “Piper Computer Kit” adlı kompüter təlim dəstini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, dəstə 160 detal, o cümlədən “Raspberry Pi 3” mikrokompüteri, 800х480 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 6 min milliamper/saat tutumlu akkumulyator, dinamik, taxta korpus, quraşdırılmış əməliyyat sisteminə malik “microSD” yaddaş kartı və təlim proqram təminatı daxildir.
Tərtibatçıların fikrincə, 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni qurğu onlara müasir texnikanın quruluşu haqqında təsəvvür əldə etməyə yardımçı olacaq.