Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt işçilərimiz afrikalılara dərs keçəcək


Azərbaycanın “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində poçt rabitəsinin modernləşdirilməsi və yeni xidmətlərin tətbiqi bir sıra ölkələr və təşkilatlar, habelə Pan Afrika Poçt İttifaqı ölkələrinin marağına səbəb olub. “Azərpoçt”MMC-nin Əməliyyatlar şöbəsinin rəisi Rövşən Rüstəmovun ICTnews-ə verdiyi məlumata görə, qeyd edilən region ölkələri Azərbaycan modelinin öyrənilməsi və tətbiqi təşəbbüsü ilə çıxış edib. Azərbaycanın poçt-maliyyə xidmətləri modelinin Dünya Bankı və Ümumdünya Poçt İttifaqı tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən müəssisə rəsmisi bu təcrübənin ölkələr arasında yayılmasını ölkəmiz üçün əhəmiyyətli hesab edib.
R.Rüstəmov bildirib ki, yaxın gələcəkdə “Azərpoçt” MMC tərəfindən plastik kartlar vasitəsilə pensiya və müavinətlərin, eləcə də, əməkhaqlarının ödənişinin aparılması nəzərdə tutulub.




17/06/11    Çap et