Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet boyun nahiyəsində ağrıların yaranmasına səbəb olur


Alimlər planşetdən istifadə və onurğa sütununda problemlərin yaranması arasında birbaşa bağlılıq aşkar ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Nevada Universitetinin alimlərinin qənaətinə görə, planşetdən istifadə boyun nahiyəsində ağrıların yaranmasına birbaşa təsir edir. Bu haqda “Science News” nəşri yazıb.

Planşet istifadəçilərinin əksəriyyəti displeyə baxmaqla belini bükür. Nadir hallarda qurğunu elə saxlayırlar ki, bel düz dayansın. Bu isə onurğa sütununda ağrıların yaranmasına səbəb olur.

Alimlər tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, qadınların 70%-i və kişilərin 30%-i boyun nahiyəsindəki ağrılardan şikayət edirlər.

Emil Hüseynov






27/06/18    Çap et