Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ilin iyununda “5G” mobil rabitəsini dəstəkləyən ilk smartfon təqdim ediləcək


Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.

“ICTnews” Elektron Xəbər  Xidməti “life.ru” saytına istinadən yazır ki, “Huawei” şirkəti 2019-cu il martın əvvəlində “5G” mobil rabitəsi üçün komponentlər təqdim edəcək. Şirkət 2019-cu ilin iyununda “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən “Digitimes” nəşri yazıb.

“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulma olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə  imkan verəcək. “Huawei” şirkəti “5G” mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.

“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.

Emil Hüseynov






29/06/18    Çap et