“Instagram” mobil proqramının yüngül versiyası təqdim edilib
inkişaf etmək niyyətindədir. Şirkət zəif mobil internetə və bahalı trafikə malik ölkələrin istifadəçilərini cəlb etmək üçün mobil proqramın “Android” sistemi üçün yüngül versiyasını (“Instagram Lite”) təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, “Instagram Lite” proqramı “Google Play” mağazasında yerləşdirilsə də, hələ ki, yalnız meksikalı istifadəçilərə əlçatandır. Şirkətin nümayəndəsi bildirib ki, tezliklə başqa ölkələrin istifadəçiləri də bu proqramı öz qurğularına quraşdıra biləcəklər.
“Instagram” nümayəndəsinin sözlərinə görə, mobil proqramın yüngül versiyası daha az yer tutur, mobil trafikə qənaət etməyə imkan verir və daha sürətli işləyir. “Instagram Lite” proqramı 573 kb yer tutur, halbuki “Instagram” proqramının “iOS” platforması üçün versiyasının tutumu 141 MB təşkil edir.
“Instagram Lite” proqramı şəkillər və “Stories”də özü yoxa çıxan yazılar dərc etməyə imkan verir, ancaq videoların dərci və “Direct” bölməsi vasitəsilə şəxsi mesajların göndərilməsi, hələ ki, yeni proqramın istifadəçiləri üçün əlçatmazdır.
Emil Hüseynov