Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” smartfonlarının sahibləri şəkillərin icazəsiz göndərilməsindən şikayət ediblər


"Reddit" portalının istifadəçiləri iddia edirlər ki, "Samsung"un istehsalı olan smartfonlar istifadəçidən icazəsiz onun albomundakı şəkli göndərə bilər.
 
"ICTnews"  Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, müzakirə iştirakçılarından birinin sözlərinə görə, ona məxsus "Galaxy S9+" smartfonu bütün şəkil qalereyasını SMS ilə onun sevgilisinə göndərib. Eyni problemlə üzləşmiş başqa istifadəçi qeyd edib ki, mesajların göndərilməsi mobil operatorun loq fayllarında qeyd edilməsə də, ancaq fayllar göndərilib.
 
Məlum olub ki, başlanğıc ayar kimi SMS göndərilməsi üçün istifadə edilən "Samsung Messages" proqramının yenilənməsindən sonra boşluq yaranır. İstifadəçilər bu problemin həlli üçün Cənubi Koreya şirkətinin sahiblərinə proqramın cihazın daxili yaddaşına girişini deaktiv etməyi təklif ediblər.
 
"Samsung" hələ ki bu səhv haqqında informasiya ilə bağlı məlumat verməyib.

Emil Hüseynov
 
 






30/06/18    Çap et