Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk tam elektronlaşdırılmış kitabxanası açılacaq


Yaxın vaxtlarda Azərbaycan təhsili daha bir yeniliyə imza atacaq. "Gənclik" Dövlət Elektron Kitabxanası tam elektronlaşdırılmış şəkildə əhalinin öhdəsinə veriləcək.

"Gənclik" Dövlət Elektron Kitabxanası 2012-ci ildə “www.kitabevi.ws” elektron ünvanında fəaliyyətə başlayacaq. Kitabxanaya məxsus olan kitabların digər saytlarda yerləşdirilməsinə icazə verilmir.

Kitabxanadan verilən məlumata görə, yalnız yüksək keyfiyyətli, əxlaqi normaları pozmayan və dəqiq xəbərləri vaxtlı-vaxtında yayımlaya bilən 9 sayta icazə verilir.

Bundan əlavə kitabxana Bakı şəhərində ( “Gənclik”də) filialları isə Mingəçevir və Ucar şəhərlərində inzibati olaraq xüsusi ayrılmış yerlərdə əhaliyə xidmət göstərəcək. Hal-hazırda "Gənclik" Dövlət Elektron Kitabxanasında test üçün 100-ə yaxın kitab yerləşdirilmişdir.




25/10/11    Çap et