Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internetdə müəllif hüquqlarının qorunması üzrə struktur yaradılacaq


Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bazasında internet-mühitdə müəllif hüquqlarının qorunması ilə məşğul olan xüsusi şöbə yaradılacaq.

Bu barədə çərşənbə jurnalistlərə Agentliyin rəhbəri Kamran İmanov deyib. İmanovun sözlərinə görə, bu şöbə kontentin monitorinqi, onun idarə edilməsi və lisenziyalaşdırılması ilə məşğul olacaq.

"Dünyada yaranmış vəziyyət onu göstərir ki, musiqi faylları üzrə piratçılıq 95 faiz təşkil edir. Hətta Avropada proqram təminatı üzrə piratçılıq 35 faizdir.

İctimaiyyətdə belə bir fikir formalaşıb ki, kontentin elektron formaya keçirilməsi müəllif hüquqlarının mövcudluğunu tamamilə sual altına qoyur", - İmanov deyib.

Agentlik rəhbərinin sözlərinə görə, bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının göstərişinə əsasən, dünyanın bir çox ölkələri bu sahədə yaranmış mövcud vəziyyətdən çıxış yollarını axtarmaq üçün araşdırmalar aparır.

"İnternet-mühitdə müəllif hüquqlarının qorunması ilə məşğul olan strukturun layihəsinin Azərbaycanda yaradılması dünyanın bir çox ölkəsində dəstək qazanıb və digər ölkələr üçün nümunə seçilib", - İmanov bildirib.




26/10/11    Çap et