Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində avtonom avtobusların kütləvi istehsalına başlanılır


"Baidu" şirkəti süni intellekt sahəsi üzrə həllərin tərtibatçıları üçün keçirilən konfransda sürücüsüz avtobusların kütləvi istehsalına başlamasını rəsmən bəyan edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, L4 kateqoriyalı "Apollon" avtobusu Çinin "Baidu" və "King Long" şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Model sükan, sürücü yeri, qaz və tormoz pedalları ilə təchiz edilməyib.

Nəqliyyat vasitələrinin ölkənin Pekin, Syunan, Şençjen, Pintan, Uxan şəhərlərində, eləcə də Futsyan, Xubey və s. əyalətlərində kommersiya istifadəsinə verilməsi planlaşdırılır.

Yaponiyada "Baidu" şirkəti və "Softbank" korporasiyasının qarşılıqlı fəaliyyəti sayəsində "Apollon" avtobusları atom elektrik stansiyalarının işçiləri tərəfindən, eləcə də Tokionun bir sıra ərazilərində ahıl insanların daşınması üçün istifadə ediləcək.    

Nizam Nuriyev






04/07/18    Çap et