Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qoxunun intensivliyini müəyyənləşdirən qurğu buraxılıb


Yaponiyanın “Tanita” şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən “ES-100” cihazını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

“Tanita ES-100” qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.

Hazırda yalnız Yaponiyada satışa çıxarılan “ES-100” cihazının qiyməti 14 min yen təşkil edir və ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.

Təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.

Nizam Nuriyev






05/07/18    Çap et