Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ABŞ-da gənclər arasında ən məşhur brendlərdən biridir


“Apple” Amerika gəncləri arasında bütün elektronika istehsalçıları arasında ən məşhur brendlərdən biridir. Bu barədə “Pollsters Harris İnteractive” şirkətinin yeni hesabatında bildirilib. Şirkət 8-24 yaşlı 5077 gənc amerikalı arasında keçirdiyi sorğu əsasında bu qənaətə gəlib.

“Apple” kompyuterləri, “iPad” və “iPhone” qurğuları, həmçinin "kompyuterlər", "planşetlər" və "mobil telefonlar" kateqoriyalarında populyarlığa görə birinci yer tutublar. Bu kateqoriyaların hər birində ikinci yeri “Hewlett Packard”, “Motorola Xoom” və “HTC” şirkətləri tutublar.




26/10/11    Çap et