Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika üzrə test tapşırıqları təhlil olunub
İnformatika üzrə elmi-metodiki seminar keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, seminar 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanında istifadə edilən test tapşırıqlarının elmi-metodiki və statistik təhlilinə həsr olunub. A variantı üzrə test tapşırıqlarının statistik göstəricilərini əks etdirən təqdimat nümayiş etdirilib. Növbəti seminarda B variantı üzrə test tapşırıqları müzakirə olunacaq.
26/10/11 Çap et