Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Netflix” səhmləri bir gün ərzində 2,3 milyard dollar ucuzlaşıb
ABŞ-da filmlərin onlayn kirayəsi məşhur “Netflix” xidmətinin səhmləri cari ilin üçüncü rübü ərzində yeni maliyyə hesabatının nəşrindən sonra xeyli ucuzlaşıb. Dünən, oktyabr ayının 25-də, “Netflix” səhmləri 74,90 dollar ölçüsündə olub.
Bu göstərici isə 1 gün əvvəl 119 dollar olub. Beləliklə, bir gün ərzində şirkət 2,3 milyard dollar bazar kapitallaşdırması itirib. Hal-hazırda şirkətin dəyəri 4 milyarddan aşağı qiymətləndirilir, halbuki cari ilin iyul ayında 16 milyard dollar qiymətləndirilirdi.
“Netflix”in üçüncü rübdə yaxşı maliyyə göstəricilərinə baxmayaraq, investorlar şirkətin növbəti ildə gözlənilən itkilərindən, həmçinin abunəçilərin sayının azalmasından narahatdırlar.
26/10/11 Çap et