Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərnişin multikopteri nümayiş olunub


ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını nümayiş etdirib. Hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir. Bu barədə şirkətin saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, qurğu tərtibatçılarının sözlərinə görə, multikopteri hamı idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. “BlackFly” üçün ABŞ və Kanadada artıq bütün lazımi sertifikatlar verilib.
 
Məlumata görə, aparat ön və arxa qanadlı multikopter şəklindədir. Qanadların hər birində hava vintli 4 elektromotor quraşdırılıb. “BlackFly” fərdi uçuş aparatının uzunluğu 4 metr, hündürlüyü 1,5 metr, qanadlarının uzunluğu 4,2 metr təşkil edir. Aparat boyu 2 metrədək və çəkisi 113 kiloqramadək olan şəxs üçün nəzərdə tutulub.
 
Bildirilir ki, “BlackFly” həm qurudan, həm də su səthindən uçur və onların üzərinə eniş edir.  
 
Nizam Nuriyev







16/07/18    Çap et