Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin hakimiyyəti internetdə senzuranı kəskinləşdirib


Çin hakimiyyəti internetdə senzuranı kəskinləşdirib. Belə ki, yanlış informasiya yayan istənilən veb-istifadəçi həbsxanaya düşə bilər. Bildirilib ki, bu yaxınlarda Çin Xalq Respublikasının (ÇXR) hüquq-mühafizə orqanları baş vermiş qətl haqqında şəbəkədə həqiqətə uyğun gəlməyən məlumatlar dərc etmiş Yunnan əyalətində yaşayan tələbəni həbs ediblər.

Bundan başqa, internetdə saxtalaşdırılmış vergi sənədlərini yerləşdirmiş Şanxay sakini 15 günlük həbsxanaya salınıb. Hal-hazırda Çində 500 milyondan çox internet istifadəçisi var.




26/10/11    Çap et