Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək


Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə dəyişdiriləcək. Nəticədə "Chrome" brauzeri əməli yaddaşda daha çox yer tutacaq, lakin sistemi "Spectre" prosessor boşluğundan istifadəyə əsaslanan hücumdan qoruyacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Intel" və "ARM64" prosessorları, həmçinin "AMD"-nin bəzi məhsullarına təsir göstərən "Meltdown" və "Spectre" boşluqları haqda ilk dəfə 2018-ci il yanvarın 3-də məlum olmuşdu. Aparat səviyyəsində edilmiş səhvlərə görə cari anda qurğuda emal edilən məlumatların oğurlanması mümkündür.
 
Əməliyyat sistemində boşluğu aradan qaldıran paketlər quraşdırılmadığı halda məlumatları oğurlamaq üçün istifadəçini saxta sayta daxil olmağa vadar etmək və ya normal sayta zərərli kod quraşdırmaq kifayətdir. Bu halda saytın kodu və zərərli "JavaScript" kodu eyni proses kimi işə düşür, nəticədə prosessordakı boşluğa görə parol və başqa məlumatlara baxmaq mümkün olur.
 
"Chrome" brauzerinin tərtibatçıları məhz bu boşluqla mübarizə aparmağa dair qərar veriblər.
 
Emil Hüseynov





16/07/18    Çap et