İlk üçölçülü rəngli rentgen şəkli çəkilib
Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq insanın üçölçülü rəngli rentgen şəklini çəkiblər.
"ICTnews" Elektron Xəbər Xidməti "
Naukatv" resursuna istinadən yazır ki, ənənəvi qara-ağ rentgen çəkilişinə əsaslanan yeni qurğu Böyük Adron Kollayderi üçün hazırlanan hissəciklərin izlənməsi texnologiyasından istifadə edir. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) "Medipix" adlı texnologiyası ayrı-ayrı subatom hissəcikləri açıq çaxmaqda piksellərlə toqquşan zaman onları aşkarlayan və hesablayan kamera kimi işləyir. Bu, yüksək təsvir ölçüsünə və yüksək kontrastlığa malik şəkillərdən istifadəyə imkan verir.
"CERN" mühəndislərinin sözlərinə görə, şəkillərdə sümük toxuması, əzələlər və qığırdaq arasında fərq çox aydın görünür. Bundan başqa, xərçəng şişlərinin vəziyyətini və ölçüsünü yaxşı görmək mümkündür.
Daha dəqiq şəkillər həkimlərə xəstəlikləri dəqiq diaqnozlaşdırmağa imkan verir. Texnologiya layihənin hazırlanmasında iştirak edən Otaqo və Kenterberi universitetləri ilə əlaqədar Yeni Zelandiyanın "MARS Bioimaging" şirkəti tərəfindən kommersiya istifadəsinə verilib.
Nizam Nuriyev