Robotlar yeni iş yerləri yaradacaq
“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life
www.life.ru” resursuna istinadən yazır ki, ekspertlərin versiyasına görə, süni intellekt iş yerlərinin sayını azaltsa da, narahatlıq üçün əsas yoxdur.
Proqnoza görə, yeni texnologiyalar bazarın müəyyən seqmentlərində iş yerlərinin azalmasına səbəb olacağına baxmayaraq yenilərini yaradacaq. Məsələn, 2037-ci ilədək Böyük Britaniyada robotlar insanları iş yerlərinin təxminən 20 faizindən sıxışdıracaq, lakin elmi-texniki inqilab eyni sayda yenilərini yaratmağa imkan verəcək.
Gözlənilir ki, süni intellekt daha çox təhsil, elmi-texniki, informasiya və kommunikasiya, eləcə də ictimai iaşə sahələrində tətbiq ediləcək.
Süni intellektin maliyyə sektorunda, pərakəndə satış, tikinti, dövlət idarəçiliyi və digər sahələrdə iş yerlərinin azalmasına təsiri nisbətən zəif olacaq.
2017-ci ilədək say nisbətində təxminən 7 milyon iş yerinin azalması proqnozlaşdırılsa da, onun əvəzinə daha 7,2 milyon yaradılacaq. Məsələn, tibb işçilərinin 12 faizi robotlarla əvəzlənəcək, lakin tibb sektorunda yeni iş yerlərinin sayı ümumilikdə 34 faiz təşkil edəcək.
Nizam Nuriyev