“Google” Atlantik okeanından internet kabeli çəkəcək
"Google" şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta
www.belta.by" resursuna istinadən yazır ki, internet nəhəngi bununla "Microsoft" və Amazon" şirkətləri ilə mübarizədə rəqabətqabiliyyətliliyi artırmaq niyyətindədir.
Məlumata görə, layihə Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə "Dunant" adlandırılıb. Adətən belə layihələr bir neçə şirkət tərəfindən dəstəklənir. Lakin "Dunant" telekommunikasiya sahəsini təmsil etməyən və bir şirkətə məxsus olan ilk kabel xətti olacaq.
"Google" şirkətinin top-meneceri Ceyn Stouell bildirib ki, kabel Atlantik okeanı ilə şəbəkənin buraxılış qabiliyyətini artıraraq internetin ən çox yüklənən istiqamətini tamamlayacaq və "Google Cloud" virtual platformasını genişləndirməyə kömək edəcək.
Nizam Nuriyev