Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təyyarə və qatarın hibridi təqdim edilib
Fransanın "Akka Techonologies" şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib. Şirkət yeni hazırlamasını nümayiş etdirən videonu özünün "YouTube" kanalında yerləşdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, kadrlarda göstərildiyi kimi, "Link & Fly" yerəenmə vaxtı qanadlarını yığaraq yolunu adi qatar kimi davam edir.
Təyyarənin ölçüləri "Airbus A320" ilə müqayisə edilə bilər: qanadlarının kənar nöqtələri arasındakı məsafə 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metr təşkil edir. Hava gəmisi 160 sərnişin daşımaq imkanına malikdir.