Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm” yüksək sürətli “5G” smartfonlar üçün antenna təqdim edib


"Qualcomm" şirkəti tərəfindən təqdim edilmiş millimetrlik diapazonlu dalğalar texnologiyasına ("mmWave") əsaslanan ilk antena modulu mobil qurğuları "5G" şəbəkəsi səviyyəsində buraxılış qabiliyyəti ilə təmin edəcək. "QTM052" qurğusu 4 antenadan ibarətdir (əlin siqnalı bloklamaması üçün smartfonun hər bir tərəfi üçün nəzərdə tutulub) və "Snapdragon X50 5G" modemi ilə birgə işləyir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "MmWave" modulunun nəzəri buraxılış qabiliyyəti 5 Qbit/s təşkil edir. Ancaq şəhər şəraitində binaların siqnalın buraxılış qabiliyyətinə mane olacağını nəzərə alsaq, reallıqda sürət 1,4 Qbit/s-yə yaxın olacaq. Müqayisə üçün, "4G" şəbəkəsində sürət 700 Mbit/san-i ötmür.
 
Yeni modulların eni təxminən 7,7 mm-dir.
"QTM052" modulunu dəstəkləyən ilk smartfonların 2019-cu ilin birinci yarısında təqdimatı gözlənilir.
 
Emil Hüseynov





24/07/18    Çap et