Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsan hüceyrəsi ölçüsündə robot hazırlanıb
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri növbəti dəfə hər kəsi təəccübləndirməyə müvəffəq olublar: onlar insan hüceyrəsi ölçüsündə tamamilə avtonom işləyən avtomatlaşdırılmış mexanizmlər nümayiş etdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, "The Verge" nəşrinin redaksiyasının məlumatına görə, kiçikölçülü robotlar yalnız orqanizmin müayinəsi və patologiyaların aşkar edilməsi üçün deyil, həm də müxtəlif kommunikasiyaların diaqnostikasında istifadə edilə bilər. Kiçikölçülü robotların ölçüsü insan hüceyrəsinin ölçüsü ilə müqayisə edilə bilər. Qurğuların şarj edilməsinə ehtiyac yoxdur, çünki onların əsasını yarımkeçirici fotodiodlar təşkil edir. Optik şüa qəbulediciləri onların fotohəssas sahəsinə düşən işığı elektrik enerjisinə çevirir. Bu enerji elektron sxemlərin işləməsinə, informasiyanın köçürülməsi və saxlanılmasına kifayət edir.