Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvant şəbəkəsi üçün ideal material kəşf edilib


İsveçrənin Cenevrə Universitetinin tədqiqatçıları Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıqda tərkibində itterbium elementinin olduğu yeni material kəşf ediblər. Element həssas informasiyanı hətta yüksək tezliklərdə iş zamanı saxlaya bilir. Bu fakt itterbiumu siqnalın böyük məsafələrə yayılmasını tələb edən gələcək kvant şəbəkələr üçün ideal namizədə çevirir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, bu gün kvant kriptoqrafiyası optik lifdən istifadə edir və yüksək təhlükəsizlik dərəcəsi ilə xarakterizə olunur: informasiyanı ləğv etməyə məcbur etmədən onun surətini çıxarmaq və ya ələ keçirmək qeyri-mümkündür. Lakin siqnalın surətinin çıxarılmasının mümkün olmaması da alimlərə onu "Wi-Fi" şəbəkəsi kimi böyük məsafələrə yaymaq üçün gücləndirməyə mane olur. Siqnalı ləğv etmədən onun surətinin çıxarılması və ya gücləndirilməsi imkanının olmaması səbəbindən alimlər hazırda siqnalı təkrarlayaraq fotonları ələ keçirən və onları daha geniş yayılma üçün sinxronlaşdıran kvant xatirələrin yaradılması üzərində çalışırlar.
 
Bildirilir ki, fiziklər kvant retranslyatorların yaradılması üçün ideal materiala ehtiyac duyduqlarına görə onlar nadir-torpaq elementi olan itterbiuma müraciət ediblər. Hazırda itterbium əsasında kvant xatirələrin yaradılması prosesi davam etdirilir. Tədqiqatçılar ondan bir retranslyatordan digərinə tez keçməklə lazımi sinxronlaşdırmanın təmini məqsədilə fotonu daha çox müddətə saxlamaq üçün istifadə edirlər. Ekspertlərin sözlərinə görə, material qlobal kvant şəbəkəsinin və kvant yaddaşın yaradılması üçün yeni imkanlar sahəsi açır.
 
Nizam Nuriyev





25/07/18    Çap et