Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Docs”da kompüter təlimi texnologiyalarından istifadəyə əsaslanan qrammatikanın yoxlanılması aləti əlçatan olub


Əvvəllər mətndəki qrammatik səhvlərin yoxlanılması üçün kənar proqram və brauzer üçün genişlənmələrdən (məsələn, "Grammarly") istifadə edilirdi, indi isə belə imkan "Google Docs" xidmətinin özündə əlçatan olub. "Google" şirkəti bulud xidmət paketi və "G Suite" tətbiqlərinin yenilənməsi çərçivəsində öz xidmətinə kompüter təlimi mexanizminə əsaslanan qrammatikanın yoxlanılması alətini əlavə edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, sözügedən alət hələ ki yoxlama rejimindədir və "Early Adopter Program" proqramının iştirakçıları üçün əlçatandır. Artıq indi yeni alət cümlənin quruluşundakı problemləri və sözönlərinin yanlış istifadəsini müəyyənləşdirə bilər.
 
Emil Hüseynov





26/07/18    Çap et