Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu xidmətin auditoriyası 1 milyardı ötüb


Ötən il keçirilmiş “Google I/O” konfransında elan edilmişdi ki, 800 milyondan çox auditoriyası olan “Google Drive” servisində 2 trilyondan çox fayl yerləşdirilib. İndi məlum olub ki, dünyada təxminən 1 milyard nəfər axtarış nəhənginin bulud saxlanc sistemindən istifadə edir. San-Fransiskoda keçirilən “Google Cloud Next” konfransı çərçivəsində bu fakt səsləndirilib.
 
“Google Drive” – bu, axtarış nəhənginin 1 milyard aktiv istifadəçi toplamış səkkizinci məhsuludur. Bundan əvvəl “Search”, “Gmail”, “Chrome”, “Maps”, “YouTube”, “Play Store” xidmətləri və “Android” əməliyyat sistemində eyni göstərici qeydə alınmışdı. Bundan başqa, artıq ötən il “Android” sistemindən istifadə edənlərin sayı 2 milyardı ötüb.
 
Emil Hüseynov





27/07/18    Çap et