Ən “ağıllı” səsli köməkçi funksiyası açıqlanıb
"Loup Ventures" şirkətinin analitikləri populyar səsli köməkçi funksiyalarını sınaqdan keçirərək onların ən "ağıllı"sını müəyyənləşdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta
www.belta.by" resursuna istinadən yazır ki, testdə "Google Assistant", "Siri", "Alexa" və "Cortana" funksiyaları iştirak edib. Hər yardımçı funksiyaya 5 müxtəlif kateqoriya üzrə 800 sual verilib: ticarət, naviqasiya, lokal xüsusiyyətlər, informasiya və komandalar.
Məlumata görə, düzgün cavablara görə lider "Google Assistant" (85,5 faiz düzgün cavab) seçilib. İkinci yerdə "Siri" (78,5 faiz) qərarlaşıb. Sonuncu mövqelərdə "Alexa" və "Cortana" (61,4 və 52,4 faiz) funksiyaları yer alıb.
Şirkət əməkdaşlarının sözlərinə görə, ən keyfiyyətli sorğu informasiyasını "Google" səsli köməkçisi (93 faiz düzgün cavab) təqdim edir, "Siri" isə komandaları daha yaxşı yerinə yetirir (90 faiz).
Nizam Nuriyev