Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GSMA”: “Tezliklərin qiyməti dünyada mobil rabitənin inkişafına mane olur"


“GSMA” Assosiasiyası hesabat hazırlayaraq tezliklərin qiymətinin bahalığı səbəbindən dünyada 4 milyard insanın internetə çıxış imkanından məhrum olmasını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, hesabata görə, 2017-ci ilin axırında dünyada 3,3 milyard insan (Yer kürəsi əhalisinin 44 faizi) genişzolaqlı mobil internetə çıxış imkanına malik olub. Beləliklə, illik artım 300 milyon təşkil edib.
 
Eyni zamanda 4 milyard insan hələ də internetə çıxış imkanından məhrumdur və onların əksəriyyəti gəlirləri aşağı olan ölkələrin sakinləridir.
 
Nəticələr 2010-2017-ci illərdə dünyanın 102 ölkəsində 1000-dən çox ayrılmış tezliyin analizinə əsaslanır. Ümumilikdə assosiasiya nümayəndələrinin qənaətinə görə, inkişaf etməkdə olan ölkələrdə tezlik spektri inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 3 dəfə bahadır.
 
“GSMA” mütəxəssislərinin sözlərinə görə, bu, mobil operatorların şəbəkə infrastrukturunun inkişafı üçün vəsaitin az olması ilə nəticələnir. Bu da öz növbəsində yoxsul ölkələrin rəqəmli iqtisadiyyatın üstünlüklərindən yararlana bilmədiyi rəqəmli fərqliliyi bir qədər də artırır.
 
Hesabata görə, qiymətlərin bahalaşmasına səbəb olan və əsasında qısamüddətli məqsədlərə malik spektrdən istifadə siyasəti daha keyfiyyətli və ucuz genizşzolaqlı mobil rabitə xidmətlərinin göstərilməsinə yönələn ümumi planlarla bir araya sığmır.
 
Nizam Nuriyev






30/07/18    Çap et