2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq
İT sənayesi artıq "5G" dövrünə keçid mərhələsindədir. İlk beşinci nəsil kommersiya şəbəkələri yaxın vaxtlarda işə salınmalıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "
3dnews.ru" saytına istinadən yazır ki, "Qualcomm" şirkətinin nümayəndəsi bildirir ki, avtomobil sektoru üçün gecikmənin xeyli azalması böyük əhəmiyyət kəsb edir: bu göstərici 1 ms səviyyəsində olacaq. Müqayisə üçün, adi "4G" şəbəkələrində bu göstərici təxminən 20 ms təşkil edir.
Beləliklə, internetə qoşulmuş və sürücüsüz idarə olunan nəqliyyat vasitələri real vaxt rejimində bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi edə biləcək. Nəticədə, yeni nəsil nəqliyyat sistemlərinin istifadəyə verilməsi üçün təməl qoyulacaq.
ABŞ şirkətinin məlumatına görə, 2021-ci ildə "5G" texnologiyasını dəstəkləyən kommersiya yönümlü avtomobillər əlçatan olacaq.
Emil Hüseynov