Böyük Adron Kollayderində ilk atomlar sürətləndirilib
Böyük Adron Kollayderində atomlar ilk dəfə işıq sürətinədək sürətləndirilib. Mütəxəssislər atom protonunu sürətləndirici daxilində 40 saat saxlamağa nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv
www.naukatv.ru” resursuna istinadən yazır ki, aparılmış iş yeni tip materiyaların yaradılması üzrə bir sıra yeni eksperimentlərə yol açacaq konsepsiyanı sübut edib. Böyük Adron Kollayderində protonlar adətən yüksək sürətədək sürətləndirilir və bir-biri ilə toqquşdurulur. Lakin eksperimentlərin uzun illər keçirilməsinə baxmayaraq tədqiqatçılar ilk dəfə qurğuya təkcə atom nüvələrini deyil, eyni zamanda tərkibində bir elektronun olduğu qurğuşun atomlarını daxil ediblər.
Alimlərin bunu indiyədək etməməsinin səbəbi qurğuşun atomlarının incəliyi və elektronu təsadüfən ayıraraq nüvəni kollayderin divarına dəyməyə məcbur etməsi və yüksək enerjili partlayışa səbəb olması ilə əlaqədardır. Ekspertlər ümid edir ki, atomların sürətləndirilməsi üzrə eksperiment Böyük Adron Kollayderini yeni növ materiyalar (məsələn, “tünd materiya”) şəklinə salınacaq yüksək enerjili fotonlar istehsal edən “qamma fabriki”nə çevirməyə imkan verəcək.
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi (LHC) yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. Kollayder Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində - Cenevrə şəhərində inşa olunub.
Nizam Nuriyev