Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyalar interneti” 5 il sonra dünyanı necə dəyişdirəcək?


Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və internet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və "əşyalar interneti" gündəlik həyatımıza daxil olur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, "Business Insider" nəşrinin proqnozuna görə, 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard "ağıllı" qurğu istifadədə olacaq. Söhbət yalnız "ağıllı" kolonka və lampalardan getmir. "Ağıllı" qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və 5 il sonra bu reallaşacaq.
 
 
 
 
Emil Hüseynov





31/07/18    Çap et