Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti 2011-ci ildə satınalmalara 502 milyon dollar xərcləyib


“Google” şirkəti cari ilin 9 ayı ərzində 54 şirkət almaq üçün 502 milyon dollar xərcləyib. Bu barədə internet nəhəngin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına (SEC) təqdim etdiyi hesabatda qeyd edilib.

Hesabatdan, həmçinin məlum olub ki, “Google” şirkəti “Zagat” şirkətini almaq üçün 151 milyon dollar ödəyib. Bundan başqa, hesabatda qeyd edilib ki, internet nəhəng endirim xidmətini idarə edən “Daily Deals” alman şirkətinin əldə edilməsi üçün 114 milyon ödəyib.




27/10/11    Çap et