Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya yeni nəsil yarımkeçiricilərin istehsalına 1,34 milyard dollar sərmayə yatırır


Cənubi Koreya "Samsung Electronics" və "SK Hynix" şirkətlərini dəstəkləmək üçün yeni nəsil yarımkeçiricilərinin istehsalına 1,34 milyon ABŞ dolları məbləğində sərmayə yatırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, layihənin 10 il müddətində həyata keçirilməsi nəzərdə tutulub. Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyinin rəsmisi bildirib ki, sözügedən layihə ölkəni dünyada ən böyük yarımkeçiricilər istehsalçısına çevirməyə kömək edəcək.
 
Daha məhsuldar qurğu və yaddaş lövhələrinin yaradılmasından ötrü materialların hazırlanmasına üstünlük veriləcək. Nazirliyin nümayəndələri yarımkeçiricilərin hazırlanması sahəsində aparıcı şirkətləri Cənubi Koreyaya cəlb etməyə ümid edir ki, onlar regionda öz istehsal güclərini yerləşdirsinlər.
 
"Samsung Electronics" şirkəti "DRAM" çipləri və fləş yaddaşın dünyada ən iri tədarükçüsüdür.
 
Emil Hüseynov





01/08/18    Çap et