Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” İsveçdə iri data mərkəz açır


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ABŞ-dan kənarda yerləşəcək ilk data mərkəzini açacaq. Şirkət data mərkəzi İsveçdə, daha dəqiq ölkənin şimal hissəsində, qütb dairəsindən təxminən 100 kilometr məsafədə yerləşən böyük Luleo şəhərində açacaq.

“Facebook”dan bildiriblər ki, data mərkəzin İsveçdə yerləşməsi bir neçə səbəblə bağlıdır: birincisi, İsveçin iqlimi elədir ki, data mərkəzi soyutmaq üçün xüsusi kondisionerlərə ehtiyac yoxdur və ikincisi, burada Luleo çayında su-elektrik stansiyasından alınan kifayət qədər ucuz elektrik var.

“Facebook”un data mərkəzinin yerləşəcəyi məkanda serverlərin soyudulması ya ümumiyyətlə, tələb olunmur, ya da minimum tələb olunur.

Luleo şəhərində orta illik temperatur cəmi 2 dərəcə təşkil edir, son 50 il ərzində yayda temperaturun 30 dərəcədən yuxarı olduğu cəmi 24 saat təşkil edib. Beləliklə, yeni data mərkəz dünyada ən enerji-effektivlərdən biri olacaq.




27/10/11    Çap et