Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində ödənişli mesajlar istifadəyə veriləcək


"WhatsApp" messenceri müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün biznes istifadəçilər ödəniş  etməli olacaqlar. Bu haqda "WhatsApp"un bloqunda deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "ötən il elan etdiyimiz kimi, "WhatsApp" şirkət və onların müştəriləri arasında ünsiyyəti asanlaşdırmaq üçün yeni funksiyalar üzərində işləyir. Biz hazırda müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanlar təqdim edirik" – bloqda deyilir.
 
"Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi "end-to-end" şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür" – "WhatsApp"ın nümayəndəsi deyib.
"Röyter" agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.
 
"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən istifadə edir.
 
Emil Hüseynov





02/08/18    Çap et