Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal smartfon tədarükü 3% azalıb


"Strategy Analytics" şirkətinin ekspertlərinin məlumatına görə, 2018-ci ilin ikinci rübündə qlobal smartfon tədarükü 3% azalaraq 350,4 milyon təşkil edib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 360,4 milyon olub. Mütəxəssislər qurğuların gec dəyişdirilməsini, mobil operatorlar tərəfindən subsidiyaların azaldılmasını və qurğuların dizaynında innovativ dəyişikliklərin yoxluğunu  satış həcminin azalmasına səbəb kimi göstərirlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, smartfon bazarının lideri "Samsung" şirkəti öz mövqeyini sürətlə itirir. Cənubi Koreya şirkəti aprel-iyunda 71,5 milyon smartfon tədarük edib ki, bu da ötənilki göstəricidən (79,5 milyon) 10% azdır ki, bu da "ağıllı" telefon bazarında 20,4% bazar payına müvafiqdir.
 
Çin və Hindistanda öz mövqelərini gücləndirən Çinin "Xiaomi" və "Huawei" şirkətləri Cənubi Koreya şirkətini sıxışdırırlar.
 
2018-ci ilin ikinci rübündə "Huawei" şirkəti ilk dəfə dünyanın aparıcı smartfon istehsalçılarının reytinqində ikinci yeri tutub. Ötən rübün nəticəsinə görə, "Huawei" şirkəti smartfon tədarükünü 41% artırıb (54,2 milyonadək) ki, nəticədə bazar payı 15,5%-ə yaxınlaşıb.
 
41,3 milyon "iPhone" satmış "Apple" şirkəti reytinqdə üçüncü yerə düşüb.
 
Emil Hüseynov





02/08/18    Çap et