Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone” smartfonlarının təqdimetmə tarixi məlum olub


Növbəti nəsil "Apple" smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 12 sentyabr 2018-ci il tarixində təqdim ediləcəyi gözlənilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Apple" belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, 4 və 5 sentyabr, həmçinin 11 və 12 sentyabr bu tədbirin keçirilməsi üçün uyğundur. 3 sentyabrda ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin 4 və ya 5 sentyabrda keçirilməsi ağlabatan deyil. "Apple" şirkətinin yeni nəsil "iPhone" smartfonunu 11 sentyabr tarixində təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni "iPhone" smartfonları 12 sentyabr tarixində təqdim edildiyi halda 21 sentyabrda satışa çıxarıla bilər.
 
Şayiələrə görə, "Apple" payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni "iPhone X" və "iPhone X Plus", həmçinin "iPhone 9" kimi adlandırılan 6,1 düymlük ucuz  LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası ("Face ID") və "A12" sürətli prosessoru ilə təchiz ediləcək.
 
Emil Hüseynov





03/08/18    Çap et