Ödəniş xidmətlərinin istifadəçiləri fişinq xarakterli hücumların əsas qurbanlarıdır
2018-ci ilin birinci yarısında fişinq xarakterli məktubların sayı ötən ilin ikinci yarısı ilə müqayisədə 46% yüksəlib. Bu məlumatlar Antifişinq İşçi Qrupunun (APWG) "Phishing Activity Trends Report" hesabatında qeyd olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, hesabata əsasən, cari ilin birinci yarısında fişinq xarakterli hücumların əsas qurbanları ödəniş xidmətlərinin istifadəçiləri olublar: fişinq xarakterli hücumların 39%-i onların payına düşüb.
“PhishLabs”ın məlumatına görə, 2018-ci ilin ikinci yarısınadək fişinq xarakterli hücumların 33%-də “HTTPS” və “SSL” sertifikatlı saytlardan istifadə olunub. Bu, qismən internetdə SSL sertifikatlarının populyarlaşması ilə bağlıdır, ancaq əsas səbəb fırıldaqçıların öz resurslarını maksimal dərəcədə etibarlı və şübhə doğurmayan etmək istəyidir.
Emil Hüseynov