Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlcəklə toxunmalara həssas olan sensor ekran yaradılıb


Yaponiyanın “SMK Corporation” korporasiyası “FPD İnternational 2011” (26 – 28 oktyabr; Yokoqama) sərgisində əlcəklə toxunmalara həssas olan sensor ekran təqdim edib.

Təqdim edilmiş panel tutumlu texnologiya üzrə hazırlanıb; onun ölçüsü 6,5-dən 8 düymə qədərdi. İşçi temperatur diapazonu mənfi 30-dan müsbət 85 selsi dərəcəyə qədərdir. Kəskinlik, parlaqlıq və digər parametrlər dəqiqləşdirilmir.

Ekran modulu yüksək həssaslığı təmin edən mikroçip ilə təchiz edilib. Əgər ekranla əl vasitəsilə (əlcəklərsiz) qarşılıqlı təsir yaratmağa çalışılsa, o zaman paneldə qalınlığı 1.5 millimetr olan qoruyucu örtük quraşdırıla bilər.

Təqdim edilmiş ekranlar hər şeydən əvvəl avtomobil naviqasiya sistemlərində istifadə üçün nəzərdə tutulub. “SMK Corporation” ay ərzində 100 minə qədər panel istehsal etməyi planlaşdırır.




27/10/11    Çap et