Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Üçüncü nəsil “iPad” gələn il elan ediləcək
Veb-mənbələrin məlumatına əsasən, “Apple” şirkəti üçüncü nəsil “iPad” planşetini yanvar ayının sonuna yaxın istehsala göndərə bilər. Şayiələrə əsasən, yeni "Aypad" 2048×1536 piksel kəskinlikli və 550 kd/m2 parlaqlıqlı yüksək keyfiyyətli ekrana malik olacaq.
Müqayisə üçün bildirək ki, “iPad 2” planşetində ekranın kəskinliyi 1024×768 nöqtəyə bərabərdir. Panelin ölçüsü, ehtimal ki, əvvəlki, yəni 9,7 düym kimi qalacaq. Ekran istehsalçıları kimi “Samsung Electronics” və “LG Display” şirkətlərinin adları hallanır.
27/10/11 Çap et