Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni proqram təminatı müəssisələri əlavə reallıqda idarə edəcək


“Schneider Electric” elektrotexnika konserni müəssisələrin əlavə reallıqda idarə edilməsi üçün proqram təminatı təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, “EcoStruxure Augmented Operator Advisor” adlanan həll real vaxt rejimində funksiyaları yoxlamağa, vəziyyəti təhlil etməyə və ya avadanlıq sənədlərini öyrənməyə imkan verərək operator və texniki mütəxəssislər üçün lazımi informasiyanı dərhal əldə etməyə şərait yaradır. Şirkət nümayəndələrinin sözlərinə görə, bunun sayəsində yeni proqram təminatı istehsal proseslərini optimallaşdırmağa və əməliyyat xərclərini azaltmağa kömək edir.
 
Bildirilir ki, “EcoStruxure Augmented Operator Advisor” avadanlığın dayanma vaxtını azaltmağa imkan verir – elektrotexniki şkafı virtual açmaq və onun içindəkilərinin vəziyyətinə baxmaq üçün iş proseslərini dayandırmağa ehtiyac yoxdur.
 
Bundan başqa, proqramda aparatları sazlamaq və onlara texniki xidmət göstərmək mümkündür, operator isə lazımi məlumatlardan (təlimat, diaqram və s.) mobil əlavədə yararlana bilər. Bundan əlavə, həll insan faktoru ilə əlaqədar səhvləri aradan qaldırmağa kömək edir, mərhələli təlimat isə düzgün texniki xidmət göstərməyə imkan verir.
 
“EcoStruxure Augmented Operator Advisor” proqram təminatı “iOS” və “Android” (gələcəkdə Windows sisteminin dəstəklənməsi nəzərdə tutulur) sistemli planşet əlavələri, “Schneider Electric” və digər istehsalçıların kontrollerləri və “SQL” məlumat bazaları ilə işləyir.
 
Nizam Nuriyev





08/08/18    Çap et