Alimlər mobil telefonların gözə zərərini sübut ediblər
Toledo Universitetində işləyən amerikalı alimlərin araşdırmasına görə, müasir telefonların displeyindən əks olunan mavi rəngli işıq görmə qabiliyyətinin itməsinə səbəb olur. Buna səbəb torlu qişa hüceyrələrində mövcud olan retinal kimyəvi maddəsindən ayrılan toksik formadır.
“ICTnews” Elektron Xəbər Xidməti
iz.ru saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, yaşla əlaqədar torlu qişa hüceyrələrini qidalandıran damarların məhvi baş verir. Yaşı 55-dən yuxarı insanlarda qeydə alınan korluq hallarının təxminən 50%-i sarı ləkə (makulodistrofiya) degenerasiyası ilə bağlıdır.
Emil Hüseynov