Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin istehsalı olan telefon 1 nəfərin həyatına son qoydu


Adsız (noname) Çin telefonlarının təhlükəli olduğunu Hindistanda Qucarat ştatının 25 yaşlı sakini başına gəlmiş bədbəxt hadisə ilə təsdiq edib. Şəbəkədən enerji toplamış telefondan zəng vurmaq istədikdə onu elektrik cərəyanı vurub.
Dostları onu xəstəxanaya aparsalar da, həkimlər həyatını xilas edə bilməyiblər. Məlumat üçün bildirək ki, bu, Hindistanda olmuş ilk belə hadisə deyil. Keçən il enerji toplamış telefonla danışmaq istədikdə elektirk cərəyanının vurması nəticəsində Andxra-Pradeş ştatından olan 1 qadın da həlak olmuşdu.
Qeyd etmək lazımdır ki, mobil telefondan ölüm səbəbi yalnız saxta Çin telefonları olmur. 2010-cu ilin avqustunda, 23 yaşlı hind çobanı “Nokia 1209” telefonunun partlaması nəticəsində həlak olub.




17/06/11    Çap et