Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb


Ekspertlər istifadəçiləri əldə etdikdən sonra məyus edə biləcək 2018-ci ilin 5 ən keyfiyyətsiz smartfonunu açıqlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, antireytinq siyahısında lider “Nohor 9 Lite” modelidir. Ucuz olmasına baxmayaraq qurğu zəif texniki xüsusiyyətlərə, əlavə yaddaş kartının alınmasına zərurət yaradan kiçik yaddaş tutumuna, eləcə də aztutumlu (3 min milliamper/saat) akkumulyatora malikdir.
İkinci yerdə “Vivo V9” smartfonu qərarlaşıb. Cəlbedici xarici görünüşə malik model köhnə “microUSB” portu ilə təchiz edilib, eləcə də “NFC” texnologiyasını dəstəkləmir. Bundan başqa, smartfonun fotokamerası günəş işığında obyektləri parıltılı göstərir.
 
Siyahıda üçüncü pillədə öz sinfinin ən pisi seçilən “Samsung Galaxy A8” modeli yer alıb. Smartfon 32 giqabayatlıq quraşdırılmış yaddaş və tez boşalan batareya ilə təchiz edilib. Çatışmazlıqlar arasında aşağı keyfiyyətli kamera və solğun ekran qeyd olunur.
 
Ən keyfiyyətsiz smartfonlar arasında dördüncü yeri “LG G7 ThinQ” tutub. Qurğu zəif akkumulyator və yararsız ekrana malikdir.
 
Liderlər beşliyini “LG Q7 Plus” tamamlayır. Ekspertlər tərəfindən modelin tək kamera və 3 min milliamper/saat tutumlu akkumulyatora görə alınması tövsiyə edilmir.
 
Nizam Nuriyev





13/08/18    Çap et