Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk üçün köməkçi monitor


“Sideline” şirkəti leptoplarla istifadə üçün nəzərdə tutulmuş “Cinq” portativ monitorunu təqdim edib. Yenilik 10,1 düym diaqonala malikdir; kəskinlik 1280×720 pikseldir. Ziddiyyət 500:1-ə bərabərdir; matrisin reaksiya müddəti isə 16 ms təşkil edir.

Tədarük dəstinə daxil olan xüsusi sıxma sayəsində köməkçi monitoru noutbukun qapağında albom və ya portret istiqamətində bərkitmək olar.

Elektrik enerjisi ilə təchiz etmək və məlumat mübadiləsi üçün “USB” kabel istifadə olunur. “Cinq” modeli kardrider ilə təchiz edilib. Qurğunun çəkisi təxminən 425 qramdır. Yeniliyi 250 dollara əldə etmək olar.




27/10/11    Çap et