Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nar Mobile Avropanın memar tələbələrinin Bakı qurultayına dəstək oldu


Avropa Memar Tələbələr Assambleyasının (EASA) Milli Əlaqələndiricilərin Mövsümarası Görüşünün 30-cu inzibati qurultayı Nar Mobile-ın dəstəyi ilə Bakıda keçirilmişdir.

Oktyabr ayın 24-də Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) təşkilatçılığı ilə, Nar Mobile mobil operatoru, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Metropoliteninin dəstəyi ilə Avropa Memar Tələbələr Assambleyasının (EASA) Milli Əlaqələndiricilərin Mövsümarası Görüşünün 30-cu inzibati qurultayı keçirilmişdir. Qurultayda 20-dən çox ölkədən memar tələbələr iştirak etmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək, Azərbaycanın qədim memarlıq sənəti, arxitektura nümunələri haqqında geniş məlumat verdi.

Nar Mobile adından çıxış edən Fərid Məmmədov qeyd etdi ki, Nar Mobile gənclərin inkişafı və Azərbaycanın tanınmasına yönəlmiş layihələrə daim önəm verib və Korporativ Sosial Siyasətinin prioritet istiqaməti kimi dəstəkləyir.

Qeyd edək ki, EASA 1981-ci ildən etibarən hər yay Avropa ölkələrindən müsabiqə əsasında seçilmiş 400 nəfərdən çox memar tələbəni avropa ölkələrindən birində yığıb, tələbələr arasında fikir mübadiləsi aparır və tələbələr arasında memarlıq emalatxanalarını təşkil edirlər.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir.

Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.




27/10/11    Çap et