Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştirakına dair müzakirələr aparılıb


Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını ziyarət edib.
 
Yüksək Texnologiyalar Parkınının (YTP) Biznes İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa  YTP-nin direktoru Tural Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, parkın rezidentləri üçün xüsusi sərfəli güzəştlər təklif edilir.
 
Görüş zamanı startap layihələrə investorların cəlb olunması və yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştiraklarına dəstək göstərilməsinə dair ətraflı müzakirələr aparılıb.
 
Bundan başqa, birgə layihələrin reallaşdırılmasına, eləcə də,  startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.
 
Xatırladaq ki, 10 may 2018-ci il tarixində  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
Memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq.





16/08/18    Çap et