Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib
Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.
“ICTnews” Elektron Xəbər Xidməti
iz.ru saytına istinadən yazır ki, “Sky News” telekanalının məlumatına görə, internetə çıxış imkanına malik olan smartfonların satış həcmi 2% artım səviyyəsində olub ki, bu da aşağı göstəricidir.
Materialın müəllifləri bildiriblər ki, belə tendensiyanın səbəblərindən biri alıcıların gün ərzində sosial şəbəkələrə girişdən uzaq olmaq istəyidir.
Emil Hüseynov