Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş batareyaları ilə fəaliyyət göstərən internet məktəb yaradılıb


“Samsung” şirkəti günəş enerjisi ilə işləyən və daşına bilən məktəb sinfi hazırlayıb. Məktəb təxminən 12 metr uzunluğunda konteynerdən ibarətdir. Onun damında günəş batareyaları yerləşir. Belə məktəbdən Afrikanın uzaq (əlçatmaz) rayonlarında uşaqlara kompyuter təhsilinin öyrədilməsi üçün istifadə edəcəklər.

Məktəb daxilində 21 şagird yerləşə bilər. Şagirdlər “Galaxy Tab” planşetindən, günəş batareyaları ilə işləyən netbukdan və 50 düym ölçüsündə elektron lövhədən istifadə edə bilərlər.

Bundan əlavə konteynerdə kondisioner, “3G” vasitəsilə əlçatan fayl serveri, “Wi-Fi” dəstəkli kamera və digər avadanlıq var. Günəş batareyaları enerji toplayır və günəş işığı olmadan bir gün yarım ərzində məktəbi enerji ilə təchiz edə bilər.




27/10/11    Çap et