Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Android Go” sistemi ilə işləyən ilk smartfonunu təqdim edib


“Samsung” şirkəti smartfon istehsalı üzrə yenidən “Google” ilə əməkdaşlığa başlayıb. Bunun nəticəsi kimi “Galaxy J2 Core” smartfonu təqdim edilib. Yeni aparat “Android Go” sisteminin sadələşdirilmiş versiyasının idarəetməsi altında işləyir. Buna görə smartfonun texniki xüsusiyyətləri zəifdir, eyni zamanda qiyməti, həmçinin aşağı olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti hi-tech.mail.ru saytına istinadən yazır ki, “Galaxy J2 Core” smartfonu “qHD” (540×960 piksel) təsvir ölçülü 5 düymlük “Super AMOLED” displeyi ilə təchiz edilib. Korpus plastikdən hazırlanıb, displeyin aşağı hissəsindəki "Home" düyməsi və sensor klavişlər ləğv edilib: yalnız ekran vasitəsilə idarəetmə mümkündür.
 
Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Ön kamera isə 5 meqapiksellik sensorla təchiz edilib. İki SIM kart üçün slot və LTE şəbəkə dəstəyi mövcuddur.
 
Smartfonun dəqiq qiyməti məlum deyil, amma 100 dollardan aşağı olacağı təxmin edilir.
 
Emil Hüseynov






24/08/18    Çap et